Yolda təhlükəsiliyi təmin etməli olan yol polisi əməkdaşlarının özlərinin qayda pozuntularına  yol vermələri adi hal alıb. 

Ötən gecə daha bir DYP əməkdaşının qayda pozuntusu RePost.Az-ın kamerasına tuş gəlib. 

Gecə saat 00:00 radılərində DYP əməkdaşı Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yol nişanının tələblərini pozaraq sola dönməli olduğu halda düzünə hərəkət edib. 

Bununla da DYP əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) tələblərini pozublar. 

 

 


Baxış sayı: 3086 | Tarix: 25.03.2020
Bizi Telegramda izləyin: @repostaz