Ermənistan kütləvi informasiya vasitələri Dağlıq Qarabağda yaralanan erməni hərbi qulluqçuların vəziyyətinin ağır-stabil olaraq qaldığı barədə məlumatlar yayıblar.

RePost.Az xəbər verir ki,  Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının rəisi Aram Asaturyan Novosti Armeniya saytına müsahibəsində deyib ki, həqiqi hərbi xidmətin iki qulluqçusu - 19 yaşlı Karapet Mikaelyan və 24 yaşlı Kadjik Badalyan həqiqətən də onların hospitalına köçürülüb.

Karapet Mikaelyan baş nahiyəsindən yaralanıb, Kadjik Badalyan isə qarın hahiyəsindən güllə yarası alıb, onun sağ ombası zədələnib.

Daha bir yaralı hərbi qulluqçu, 32 yaşlı Qaqik Poqosyan Xankəndi hospitalındadır.

RePost.Az


Baxış sayı: 179 | Tarix: 02.12.2016
Bizi Telegramda izləyin: @repostaz