Moskvada azərbaycanlı güllələnərək öldürülüb.
RePost.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Moskvanın cənubunda baş verib. “Azərbaycan vətəndaşı yaxın məsafədən açılan atəş nəticəsində ölüb. Qətlin əvvəlcədən planlaşdırıldığı güman edilir. Hazırda sifarişli qətl versiyası nəzərdən keçirilir”, - agnetlik hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.
Moskva üzrə Daxili İşlər Nazirliyi Baş İdarəsindən faktı təsdiqləsələr də, hadisənin detallarını açıqlamayıblar.
RePost.Az