Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıdadır.
RePost.Az Virtualaz.org-a istinadən xəbər verir ki, general Gerasimovun Bakıya NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Tod Uolterslə danışıqlar aparmaq üçün Bakıya gəldiyi bildirilir.
Həmçinin, onun Azərbaycan rəhbərliyi ilə hərbi-siyasi danışıqların aparması planlaşdırılır.
Xatırladaq ki, Rusiya Baş qərargahının rəisi ilə ABŞ, habelə NATO komanları arasında bundan əvvəl də Bakıda dəfələrlə danışıqlar olub.
RePost.Az