Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
RePost.Az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Məlumatda bildirilir ki, Nikol Paşinyanın koronavirus testi müsbət çıxıb.
Paşinyanın sözlərinə görə, onda heç bir simptom yoxdur. Ancaq bildirilir ki, istənilən vaxt bu simptomlar müşahidə oluna bilər.
Qeyd edək ki, Ermənistanda virusa yoluxanların sayı 9 282-yə yüksəlib. Ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 131-ə çatıb.