Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 596 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.
RePost.Az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 11 817 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 183 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 3513 nəfərdir.