190 manatlıq birdəfəlik ödəməni alaraq onu xoşagəlməz şəkildə istifadə edən qardaşlar peşman olduqlarını bildiriblər.
RePost.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların bununla bağlı videosu sosial şəbəkələrdə yayılıb. Ruslan və Coşqun Quliyevlər bildiriblər ki, dövlətin onlara verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etmədiklərini sonradan başa düşüblər:
“Qardaşımla birlikdə 190 manat haqqında bir video çəkmişdim və bu, insanlarda qıcıq yaratmışdı. Sonradan başa düşdüm ki, dövlətin mənə verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etməmişəm, bu səbəbdən etdiyim əməldən peşmanam”.
Qeyd edək ki, 23 yaşlı Ruslan Quliyev yutuberdir və 260 mindən yuxarı abonesi var. O, qardaşı ilə birlikdə onlara verilmiş 190 manatlıq birdəfəlik ödənişə qarpız aldıqdan sonra hamısını qıraraq video çəkib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən qınanıb.