SOCAR bu ilin iyul ayının 17-dən Bakı-Novorossiysk boru kəməri ilə (Şimal boru kəməri) neftin nəqlini bərpa edəcək.
 
RePost.Az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
 
"Sabahdan bu kəmər vasitəsi ilə neftin nəqli bərpa ediləcək", - deyə İ. Əhmədov qeyd edib.
 
Xatırladaq ki, Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli texniki səbəblərdən yanvar ayında dayandırılmışdı.
 
Energetika Nazirliyinin məlumatına gərə, 2019-cu ildə SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 824,4 min ton neft nəql edib ki, bu göstərici 2018-ci illə müqayisədə 36,5% azalıb.
 
Qeyd edək ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometr təşkil edir.

Baxış sayı: 4777 | Tarix: 16.07.2020
Bizi Telegramda izləyin: @repostaz