Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.
 
RePost.Az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
 
O, Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclasının keçirildiyini, iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə olunduğunu və Moskvanın vasitəçilik səylərinə hazır olduğunun vurğulandığını qeyd edib.

Baxış sayı: 5974 | Tarix: 17.07.2020
Bizi Telegramda izləyin: @repostaz