Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. 
 
RePost.Az report-a istinadən xəbər verir ki, Yohan Valemin baş məşqçi olduğu komanda sentyabrın 8-də Azərbaycan yığmasını GPS stadionunda qəbul edəcək. 
 
Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Monteneqro ilə də qarşılaşacaq. 

Baxış sayı: 5062 | Tarix: 24.07.2020
Bizi Telegramda izləyin: @repostaz