“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsinin Binəqədi Gənclər Evi / Binagadi Youth House-dan olan iştirakçıları “Gələcəyin Günəşi” adlı sosial təşəbbüs həyata keçirir. 
 
Təşəbbüsün məqsədi müəllim-valideyn-şagird münasibətlərinin düzgün tənzimlənməsinə dəstək olmaqdır.
 
2 avqust 2020-ci il tarixində layihə komandası tərəfindən  “Müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi” mövzusunda vebinar həyata keçirildi. Vebinar zamanı tarix müəllimi Həbib Əlizadə və təlimçi Fəxriyyə Əyyubzadə aşağıdakı mövzular üzrə izləyiciləri məlumatlandırdılar:
Övladlarımızın sosial psixoloji, emosional vəziyyəti necə yaxşılaşdırmalı;
Dərs hazırlığı necə təşkil edilməli;
Övladlarımızla davranış və ünsiyyəti necə qurmalı. 
Həmçinin, müzakirə zamanı iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.
 
Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.

Baxış sayı: 5480 | Tarix: 03.08.2020
Bizi Telegramda izləyin: @repostaz