İndiki halda bizim üçün vacib olan vətəndaşlarımızın rahatlığıdır. Bakıətrafı kənd və qəsəbələrə əlavə olaraq 5 ekspres xətt təşkil olunacaq.

RePost.Az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.Onun sözlərinə görə, ekspres xətlərin təşkili sərnişin sıxlığının qarşısının alınması üçün önəmlidir:

"Yeni ekspres xətlərin təşkilində məqsəd Bakıətrafı ərazilərdə sərnişin sıxlığının qarşısını almaq məqsədi daşıyır.Xüsusən də çimərliklərə icazələrin verilməsi Bakıətrafı ərazilərə gediş-gəlişi artırır. Bütün vətəndaşlarımızın ictimai nəqliyyata əlçatımlılığı təmin olunur. Sərnişlər, həmçinin iritutumlu avtobuslarla təmin ediləcək".


Baxış sayı: 3029 | Tarix: 04.08.2020
Bizi Telegramda izləyin: @repostaz