Bakı Nəqliyyat Agentliyinə məxsus 4 şirkətdən 3-ü dövlət büdcəsinə borcludur.
 
RePost.Az "Report"a istinadən xəbər verir ki, bunlar "BakuBus", "Albalılıq Avtoparkı" və "Zığ Avtoparkı" MMC-lərdir.
 
Adları çəkilən şirkətlərin bu günə vergi borcu müvafiq olaraq 97 205,44 manat, 202 678,58 manat və 13 015,25 manat, ümumilikdə isə 312 899,27 manatdır. Yalnız "Nəqliyyatı İntellektual idarəetmə Mərkəzi" MMC-nin büdcə qarşısında öhdəliyi yoxdur

Baxış sayı: 4587 | Tarix: 04.08.2020
Bizi Telegramda izləyin: @repostaz