Qəhvə, kakao, pambıq və şəkər dünya birjalarında ən sürətlə bahalaşan məhsullar olub.
 
RePost.Az-ın məlumatına görə, son bir ay ərzində London birjasında kakao fyuçersləri 17 faiz bahalaşıb. Hazırda kakaonun bir tonunun qiyməti 2 488 dollar təşkil edir.
 
Bu müddət ərzində qəhvə fyuçerslərinin qiyməti 14 faiz artıb. Pambıq və şəkər isə müvafiq olaraq 10 və 19 faiz bahalaşıb.
 
Bununla belə, koronavirus pandemiyasının ilk günlərində bu məhsullar kəskin ucuzlaşmışdı.
 
Ümumilikdə qida məhsullarının qiymətləri dünya üzrə ikinci aydır ki, bahalaşmaqda davam edir. Miqrant işçilərin çatışmazlığı və istehsalın azalması səbəbi ilə bitki yağı 7,6 faiz, süd məhsulları 3,5 faiz, şəkər 1,4 faiz bahalaşıb.

Baxış sayı: 4321 | Tarix: 12.08.2020
Bizi Telegramda izləyin: @repostaz