Gün ərzində 74 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır.
 
RePost.Az-ın məlumatına görə, təxliyə olunacaq şəxslər artıq COVID-19 testi veriblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.
 
Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır

Baxış sayı: 3542 | Tarix: 12.08.2020
Bizi Telegramda izləyin: @repostaz