Bu il “Oskar”a namizədliyi irəli sürülən İran filminin rejissoru Əsgər Fərhadi ABŞ-a buraxılmayacaq.


RePost.Az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran-Amerika Şurasının sədri Trit Parsi özünün Tvitter səhifəsində yazıb. Ə. Fərhadi ABŞ prezidenti Donald Trampın imzaladığı fərmana əsasən ABŞ-a  buraxılmadığı üçün rəsmi mərasimdə iştirak etməyəcək. 

 

İranlı rejissorun filmi sayca 89-cu “Oskar”ın təqdimetmə mərasimində “Xarici dildə ən yaxşı film” nominasiyasında bu mükafata namizəd göstərilib.

 

ABŞ Kino Akademiyasının üzvləri iranlı kinorejissorun ölkəyə buraxılmamasını narahatedici fakt  kimi qiymətləndiriblər. 
 

Ə. Fərhadi “Oskar”, ”Qızıl ayı”, ”Qızıl Qlobus“ laureatı və BAFTA mükafatının nominantıdır.  

 

Qeyd edək ki, Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub. 


Baxış sayı: 3827 | Tarix: 30.01.2017
Bizi Telegramda izləyin: @repostaz