Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.
 
RePost.Az “Report”a istinadla xəbər verir ki, Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır.
 
Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib.
 

Baxış sayı: 2079 | Tarix: 04.09.2020
Bizi Telegramda izləyin: @repostaz