Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsi "ABC Telekom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi) barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib.
RePost.Az-ın məlumatına görə, polis əməkdaşları mağaza barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən yazılan protokol tərtib edib.
Protokola Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılacaq.
Məhkəmə protokul təmin etsə, şirkət 400 manat cərimə ediləcək.
Qeyd edək ki, "ABC Telekom” (“Kontakt Home” mağazalar şəbəkəsi) məişət avadanlıqları və mobil telefonların satışını həyata keçirən şirkətdir. "Kontakt Home"nin hazırda Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla 20-dən artıq mağazası fəaliyyət göstərir.