Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə olan COVID-19-la bağlı məlumatı açıqlayıb.
 
RePost.Az xəbər verir ki, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.
 
Məlumata görə, bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir.  
 
Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37 dərəcədən yüksək hərarət müşahidə edilib.
 
Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb. 

Baxış sayı: 2060 | Tarix: 22.09.2020
Bizi Telegramda izləyin: @repostaz