Türkiyənin Van şəhərində dəhşətli hadisə yaşanıb. Bizimyol.info xəbər verir ki, 38 günlük kərpə təcavüzə məruz qalıb. 
 
Dəhşətli hadisədən sonra körpə xəstəxanada ölüb. Xəbərin yayılmasından sonra Twitter istifadəçiləri #VanPedofili etiketi altında kəskin etirazlara başlayıblar. 
 
Məsələ ilə bağlı polis, ananı və onunla birlikdə xəstəxanaya gələn digər iki şəxsi həbs edib. Məhkəmənin qərarı ilə həmin şəxslər həbsxanaya göndərilib. 
 
Van valisinin dediyinə görə, 26 yanvar tarixində xəstəxanaya körpə gətirilib. Müayinə zamanı körpənin kəlləsində qırıq və cinsi istismara mərzu qaldığı müəyyən edilib.  
 
Qeyd edək ki, Türkiyədə hər 4 saatda bir 1 uşaq cinsi istismara məruz qalır. Türkiyə uşaqların cinsi istismara məruz qalmasına görə dünyada 3-cü sırada yer alır. 
 
RePost.Az

Baxış sayı: 3694 | Tarix: 31.01.2017
Bizi Telegramda izləyin: @repostaz