Xəzər TV-də yayımlanan "Bizə danış" verilişinə 14 yaşlı qız müraciət edib.
RePost.Az xəbər verir ki, o, 14 yaşında qoşulub qaçdığını və 6 aylıq hamilə olmasına rəğmən oğlanın ailəsi tərəfindən evdən atıldığını bildirib. Belə ki, 14 yaşında özündən 13 yaş böyük oğlana qoşulub qaçan yeniyetmə qız Xoşqədəm Hidayətqızından kömək istəyib.
Verilişin ekspertlərinin və aparıcının tənqidlərinə tuş gələn qız göz yaşlarını tuta bilməyib.
Verilişdən sözgedən kadrları sizə təqdim edirik:
RePost.Az