Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.
 
Bu barədə RePost.Az-a nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək.
 
Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Baxış sayı: 3637 | Tarix: 17.11.2020
Bizi Telegramda izləyin: @repostaz