Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4273 yeni yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 183 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 231, ötən müddət ərzində isə ümumilikdə 1 980 579 test aparılıb.