Premyer Liqada baş məşqçi kimi debüt ilində uğur qazanmağı hədəfləyən Rəşad Sadıqov koronavirusla mübarizə aparmaq üçün müxtəlif addımlara əl atır. 
 
12-ci turun oyunları iki həftəlik təxirə salınanda "Zirə"nin baş məşqçisi futbolçuları ətraf mühitdən təcrid etmək üçün "kazarma vəziyyəti" elan etmişdi. Nəticədə fasilə dönəmində qəsəbə təmsilçisində heç kim virusa yoluxmamışdı. 
 
RePost.Az xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti dəfə sərt qərar qəbul edib. Belə ki, "Zirə"nin legionerləri dövrələrarası fasilədə Azərbaycanı tərk etməyəcək. Yerli futbolçularla bağlı durum da çox güman eyni olacaq. Sadıqov komanda ilə görüşərək məlum vəziyyət haqda danışıb, koronavirusa yoluxmağın fəsadlarından söz açıb və bununla da əcnəbilərin könlünü, həm də razılığını almağı bacarıb. 
 
Bu isə o deməkdir ki, "Zirə"nin məşqçi və futbolçu heyəti Milad və Yeni il bayramlarında da "kazarma vəziyyəti"ndə olacaqlar. Kollektivin bayramları ailə şəklində birlikdə qeyd edəcəyi ehtimal olunur. 
 
Qeyd edək ki, "qartallar"ın heyətində 6 legioner var. 

Baxış sayı: 4739 | Tarix: 22.12.2020
Bizi Telegramda izləyin: @repostaz