Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2334 yeni yoluxma faktı qeydə alınıb, 4461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 208 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 211 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 599, ötən müddət ərzində isə ümumilikdə 2 102 957 test aparılıb.