2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği açıqlanıb.
RePost.Az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.