Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568  nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə   228 975nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292  nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, 5 601 aktiv xəstə sayı  nəfərdir.
 
Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552  test aparılıb.

RePost.Az

Baxış sayı: 3542 | Tarix: 24.01.2021
Bizi Telegramda izləyin: @repostaz