Bakı və Abşeronun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən RePost.Az-a verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 27 yanvar 2021-ci il tarixində gün ərzində Abşeron, Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.