Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 230455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223807 nəfər müalicə olunaraq sağalıb, 3141 nəfər vəfat edib, aktiv xəstə sayı 3507 nəfərdir.
 
Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.

Baxış sayı: 3884 | Tarix: 02.02.2021
Bizi Telegramda izləyin: @repostaz