Paytaxtın Yasamal rayonunda qazi adı ilə dilənən şəxsi saxlanılıb.
RePost.Az APA-ya istinadən bildirir ki, Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı şəxs qollarını bintlə bağlayaraq döyüşlərdə yaralandığını deyərək dələduzluqla məşğul olub.
Polis tərəfindən keçirilən əməliyyatla həmin şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.