Bu ilin yanvar ayında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 mln. ədəd yumurta istehsal edilib.
 
Dövlət Statistika Komitəsindən  RePost.Az-a verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,5% artıb, yumurta istehsalı isə 4,6% azalıb.
 
2021-ci il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 13,7 min baş iribuynuzlu mal-qara, 22,1 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 3,5 min baş iribuynuzlu mal-qara, 11,6 min baş qoyun və keçi satıblar.

Baxış sayı: 3694 | Tarix: 18.02.2021
Bizi Telegramda izləyin: @repostaz