Azərbaycan atletləri İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak ediblər.
 
RePost.Az azərtac-a istinadla xəbər verir ki, yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub.
 
Ölkəmizi üçtəkanla tullanma növündə təmsil edən Avropa çempionu Nazim Babayev yarışda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
 
Qadınlar arasında üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva isə bürünc medal sahibindən üç santimetr geri qalaraq dördüncü olub.
 
Rüstəm Məmmədov da bu növdə göstərdiyi nəticə ilə altıncı pillədə qərarlaşıb. Uzunluğa tullanmada isə mübarizə aparan idmançımız Yelena Pextireva yeddinci olub.
 
Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.


RePost.Az

Baxış sayı: 4568 | Tarix: 22.02.2021
Bizi Telegramda izləyin: @repostaz