Bərdə rayonunda təhsil müəssisəsinin direktoru həbs edilib
 
RePost.Az Trend-ə istinadla məlumat verir ki, hüquq - mühafizə orqanları əməkdaşları 105 saylı Bərdə Texniki Peşə Liseyində əməliyyat keçirib.
 
Əməliyyat zamanı liseyin direktoru Şamil Şükürov korrupsiya faktı ilə bağlı saxlanılıb. Əməliyyat zamanı liseyin mühasibinin də saxlanıldığı bildirilir.

Baxış sayı: 4340 | Tarix: 25.02.2021
Bizi Telegramda izləyin: @repostaz