Azərbaycanda soyuq hava şəraiti çörəyin qiymətinə də təsirsiz ötüşməyib.
 
RePost.Az “yenisabah”a istinadən xəbər verir ki, yolların buz bağlaması səbəbilə təkcə bir günlük - ötən gün yaşanan çörək qıtlığı bu gün çörəyin qiymətinin qalxmasına səbəb oldu.
 
Belə ki, dünənə kimi 1,30 manata satılan "doyumluq təndir lavaş”ının qiyməti bu gün 1,54 manat olub.
 
İçərisində 10 ədəd olan "dönər lavaş”ının qiyməti isə 1,20-dən 1,44-ə yüksəlib.
 
Qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi ötən gün 55 qəpik idisə, bu gün 70 qəpiyə satılır.
 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə “APA-Economics”ə verilən məlumata görə, monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Baxış sayı: 4416 | Tarix: 25.02.2021
Bizi Telegramda izləyin: @repostaz