İcbari Tibbi  Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)  ilə Türkiyə Respublikasının “Keymen İlaç Sanayı ve Ticaret A.Ş”  arasında müqavilə imzalanıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
 
Məlumata əsasən, müqaviləyə görə, Çin Xalq Respublikasının “Sinovac” şirkətinin  istehsal etdiyi və klinik  sınaq mərhələlərini  keçmiş  COVID-19  vaksininin 2 mln.  əhali üçün cəmi 4 mln. vaksin  dozasının əldə olunması nəzərdə tutulub. Müqavilənin dəyəri 85158. 5 min manat təşkil edir. 

Baxış sayı: 4207 | Tarix: 10.03.2021
Bizi Telegramda izləyin: @repostaz