Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırır.
Komissiyanın üzvü Rəşad Məcid APA-ya bildirib ki, sonuncu iclas martın 17-də keçiriləcək.
Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb.
Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.
Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.