“Azərbaycanla qardaşlığımız daha da güclənir”.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.
 
“Bu gündən etibarən can Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün maneələr aradan qalxır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. 
 
Xatırladaq ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” bu gündən qüvvəyə minib. Bu protokolun qüvvəyə minməsi ilə Türkiyə vətəndaşları da yeni nəsil şəxsiyyət vəsiqəsi ilə Azərbaycana 90 gün müddətlik vizasız səyahət edə biləcək.

Baxış sayı: 4226 | Tarix: 01.04.2021
Bizi Telegramda izləyin: @repostaz