"Koronavirusla əlaqədar maska istifadə edən şəxslər üzlərini sabunla deyil, antiseptik maddələrlə təmizləsinlər".
 
RePost.Az-ın məlumatına görə, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında həkim-dermatoloq Şövqi Zeynalov deyib.
 
Rəngli maska taxmağın üz dərisi üçün məsləhət olmadığını bildirən həkim qeyd edib ki, təmiz pambıqdan hazırlanan maskalardan istifadə etmək daha təhlükəsizdir.
 
Həmçinin Ş. Zeynalov maska taxan xanımlara tonal kremdən istifadə etməməyi tövsiyə edib:
 
"Xanımların maska taxan zaman tonal kremlərdən istifadə etməsi məsləhət deyil. Çünki bu kremlər, xüsusilə də tünd tonal kremlər dəri məsafələrini qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır”.

Baxış sayı: 4340 | Tarix: 19.04.2021
Bizi Telegramda izləyin: @repostaz