Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək. 
 
Aprelin 21-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  13-18, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz 
 
Aprelin 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Baxış sayı: 3998 | Tarix: 20.04.2021
Bizi Telegramda izləyin: @repostaz