“Vətəndaşlarımızın rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib”.
RePost.Az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli Tvitterdə yazıb.
O qeyd edib ki, daimi sərnişinlərə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.