Ötən gün qan xərçəngindən vəfat edən rejissor Şahin Zəkizadə ilə vida mərasimi keçirilir.

RePost.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun yas mərasimi Yeni Yasamaldakı evində baş tutub. Məclisdə Kənan M.M, Əbdül Xalid, Təranə Səmədova, Bəhram Bağırzadə, Emin Musəvi və başqa tanınmışlar iştirak edir.

Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xəstəliklə mübarizə aparırdı.


Baxış sayı: 2345 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz