Gəncə şəhər sakini şəhid Fərid Şabanovun anası Qətibə Şabanovaya evində hücum edilib.
 
RePost.Az xəbər verir ki, 2017-ci ildə, Gəncə şəhərinin sabiq icra başçısı Məharət Mustafayev sözü gedən şəxsin 1 sot torpaq sahəsini satıb. Sonradan Niyazi Bayramov icra başçısı gələndə sərəncamı ləğv edib və həmin torpaq sahəsini geri qaytarıb. O gündən bəri, məhkəmlər Q.Şabanovanın xeyirinə qərar qəbul etsə belə qohumu ona qarşı təzyiqlər edir və buna müdaxilə edən birisi yoxdur.
 
Şikayətçi Q.Şabanovanın qeyd etdiyinə görə onu buna edən öz qohumu, Gəncə şəhər sakini Əliyev Kamallədin Rza oğlu və onun həyat yoldaşı Əliyeva Sehran Qənbər qızıdır. "Məhkəmələr işi mənim xeyirimə çıxartdı. Axırıncı dəfə mayın 25-i ali məhkəmənin qərarı gəldi. Zəng elədim icraya, dedilər ki Kəpəz məhkəməsindədi. Mən ayın 2-si getdim Kəpəz məhkəməsinə, dedim ki gəlin mənim işimi icra edin. Dedi düzdü sizin işiniz bura gəlib, burada hər şey sizin xeyirinizə çıxarılıb, dedim bəs niyə icra eləmirsiniz, dedi gedin özünüz öz qapınızı bağlayın, burada onun istifadə hüquqları itirilibdir. Dedim birdən mənə basqı olar, dedi basqı olunacaq 102-ni tökərsiniz ora. Mən də gəldim qapını bağladım. Sonra axşam tərəfi yeznəmlə bacımı çağırdım ki gəlin bizə, saat 9 radələrində, onun arxada ördəyi qazı var, onu gətirir mənim toyuqluğuma salır. Gəldi gördü ki qapı oradan bağlıdır, çıxışdan. Giriş qapısında əlində baltayla mənə basqı elədi. Pis nalayiq sözlər söyərək "səni bu baltayla baltalayacam,həbsxanaya gedəcəm, bu evini yandıracam", mən də bacımla oturmuşduq, dedim "sən mənə heçnə eləyə bilməzsən, çıx buradan Allah bəlanı versin". Qayıtdı dedi ki, "Allah sənin bəlanı verib də, oğulun gorbagor olub". Ayın 2-dən mənim dünyam dağılıb, bütün günü ağlayıram bu evdə ki, mənim şəhid balama ki belə söyüldü. Mən ölərdim, ancaq balama söyülməzdi. 102-ə zəng elədik polis müstəntiq gəldi, müstəntiqin  özü onu itələdi çıxardı çölə, protokol yazıldı. İndi iş prokurorluqdadı, hələ məndə bilmirəm, hələ qapımı da bağlamayıbdı. Dövlət məmurlarından xahiş edirəm mənim işimə köməklik eləsinlər. "

 

Baxış sayı: 5119 | Tarix: 10.06.2021
Bizi Telegramda izləyin: @repostaz