Bakı Nəqliyyat Agentliyi BNA 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.
RePost.Az-ın məlumatına görə, agentliyin 2019-cu il üzrə cəmi zərəri 76,448 mln manat olub. Bu isə 2018-ci il iolə müqayisədə 2,4 dəfə çoxdur. 2018-ci ildə qurumun zərəri 32,156 mln manat olub.
2019-cu ilin yekununda agentliyin əməliyyat zərəri 73,804 mln manat təşkil edib.
2019-cu il dekabrın 31-i tarixinə BNA-nın cəmi aktivləri illik müqayisədə 3,4 dəfə artaraq 476,022 mln manat, cəmi öhdəlikləri isə 76 dəfə artaraq 6,295 mln manat təşkil edib.
Nizamnamə kapitalı 49,068 mln mana tolan agentliyə 2019-cu ildə dövlət tərəfindən edilən investisiya 406,559 mln manat olub. Qurumun yığılmış zərəri il ərzində 2,7 dəfə artaraq 2019-cu ilin sonuna 120,630 mln manata çatıb.
Nəticədə, BNA-nın cəmi kapitalı 139,616 mln manat təşkil edib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyət göstərdiyi müddətdə ilk dəfə maliyyə hesabatını açıqlayıb.