Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19-dan ölüm qeydə alınmayıb.
 
İndiyədək ölkədə ümumilikdə 335 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 859 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, ötən müddət ərzində isə ümumilikdə 3 690 224 test aparılıb.
 

Baxış sayı: 3143 | Tarix: 22.06.2021
Bizi Telegramda izləyin: @repostaz