zərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun növbəti iclasında Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər barədə sözügedən nazirliyin rəsmisi hesabatı dinlənilib.
 
RePost.Az xəbərinə görə, hesabatda qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb.
 
1 525 km avtomobil yolunun, 292 km elektrik verilişi xəttinin, 45 km qaz təchizatı xəttinin, 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin ilkin inventarlaşdırılması başa çatdırılıb. Bundan əlavə 533 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilib.
 
Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

Baxış sayı: 3732 | Tarix: 01.07.2021
Bizi Telegramda izləyin: @repostaz