Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
 
RePost.Az-ın xəbərinə görə, kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
 
O, 9 ay əvvəl Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
 
Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.
 
Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və itkin düşüb.
 
Allah rəhmət eləsin!

Baxış sayı: 5214 | Tarix: 10.07.2021
Bizi Telegramda izləyin: @repostaz