Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm qəsəbəsinin Zivəngah Təpəsi ərazisində yaşayan 80-dən çox ailə susuz qalıb və buna yaxın duran yoxdur.
RePost.Az xəbər verir ki, Naxçıvan MR-nın Babək rayon Nehrəm qəsəbəsinin bəzi yerlərində insanlar susuzluqdan əziyyət çəkir. Qəsəbənin Zivəngah Təpəsi ərzisinin sakinləri əsasən bu problemdən əziyyət çəkir. Vətəndaşlar dəfələrcə bununla bağlı lazımi qurumlara və yerli icra hakimiyyəti nümayəndələrinə məlumat versələr belə heç bir tədbir görülməyib.
Bir az araşdırma etdikdən sonra öyrəndik ki, 5 ildən artıqdır qəsəbə ərazisinin Zivəngah Təpəsi, Xəndək məhəlləsi ərazilərində yaşayan sakinlər nəyinki suvarma habelə içməli su ilə təmin edilmir. Edilən şikayətlərə baxılmayaraq tədiblərinin görülməməsi azmış kimi şikayətə baxılması üçün yönləndirilən qurum nümayəndəlikləri şikayət edən sakinlərə qarşı hədə-qorxu gəlib onların bununla bağlı hansısa şikayət etməsini dayandırmasını tələb ediblər. Buna əməl etməyənləri isə polisin adından istifadə edib qorxdublar.
Şikayət edən vətəndaşların tez-tez adını çəkdiyi şəxslərdən də biri qəsəbəninin su işinə baxan Cəmşiddir. Bu şəxs qəsəbədə su məsələləri üzrə hansısa bir vəzifəyə təyin olunub. Amma bu vəzifədən sui-istifadə edir və sakinləri suyla təmin etmir. Ancaq öz əkin və bostan ərazilərini suyla təmin edir. Yaxud yaxşı pul verənə su verir. Bir sözlə öz vəzifəsindən istifadə edib həm rüşvət alır, həm də vətəndaşın hüququnu tapdalayaraq, vətəndaşın haqqı olanı mənimsəyir.
Bu məsələylə bağlı Nehrəm qəsəbəsinin icra nümayəndəliylə əlaqə saxlamağa çalışsaq da heç bir nəticə əldə edə bilmədik. Qarşı tərəfində açıqlamasını dinləməyə hazırıq.