Xəzər rayonu, Albalılıq yaşayış massivi, 5 nömrəli yataqxana da yerləşən su sayğaçının borusunu heç bir xəbərdarlıq etmədən AzərSu ASC-nin əməkdaşı kəsib və bunun nəticəsində binayı su basıb.
RePost.Az xəbər verir ki, səhər saatlarında sakinlər işə gedərkən bu problem qarşılaışıblar. AzərSu ASC-nin əməkdaşı heç bir məlumat vermədən və qurumdan vətəndaşa heç bir bildiriş gəlmədən 7 AZN borc əsasında borunu kəsib və bunun nəticəsində bütün binanı su basıb. Sakinlər isə bu məsələylə bağlı şikayətçi olublar.
Ödənilməli olunan borc ödənilib, qurumun əməkdaşına məlumat verilib amma bununla bağlı heç bir tədbir görülməyib. Uzun gözləmədən sonar isə sakinlər, AzərSu ASC-nin əməkdaşının yaxınlaşmayacağını görüb, borunu özləri bərpa ediblər.