Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1 180 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-averilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 29 nəfər ölüb.
 
İndiyədək ölkədə ümumilikdə 391 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 347 783 nəfər müalicə olunaraq sağalıb, 5 308 nəfər vəfat edib, aktiv xəstə sayı 40 415 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 976, ötən müddət ərzində isə ümumilikdə 4 319 841 test aparılıb.

Baxış sayı: 6031 | Tarix: 22.08.2021
Bizi Telegramda izləyin: @repostaz