Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
 
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
 
"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.

Baxış sayı: 5119 | Tarix: 24.08.2021
Bizi Telegramda izləyin: @repostaz